Kürdəmirdə “Qlobal Aqro” MMC-nin aqroparkının təqdimatı olub
4 foto
14 Nov, 2022
Fevralın 12-də Kürdəmir rayonunun Karrar qəsəbəsində "Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının təqdimatı olub. Təqdimatda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. "Silo Construction" MMC aqropark üçün silo kompleksinin inşasını həyata keçirib.
Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro 2019
3 foto
09 Nov, 2022
“Silo Construction” MMC regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə (“Caspian Agro 2019”) qatılıb.
Sərgidə dünyanın 31 ölkəsini təmsil edən 403 -dən artıq şirkət iştirak edib.
Müxtəlif ölkələri təmsil edən nümayəndələr tərəfindən suvarma sistemləri, istixana avadanlıqları, istixanalar, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvanlar üçün yemlər, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları və digər sektorlar üzrə bir çox yeni məhsullar təqdim olunub.
Sərgini Kənd Təsərrüfatı Nazirliyi ilə yanaşı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəkləyirlər.
✅ Layihə haqqında: 📍Siyəzən rayonunda Siyzən Broyler üçün 4ədəd -2500 (iki min beş yüz), 4 dəd - 5000 (beş min) və 2 ədəd - 18556 (on səkkiz min beş yüz əlli altı min) tonluq Taxıl Siloları inşa olunur. ▶ Davam edən işlərdən görüntülər. 🌾