
Referanslarımız
"SİLO"DAN YENİLİKLƏR
"SİLO"DAN YENİLİKLƏR
Siyəzən rayonu
5 foto
09 Nov, 2022
.jpg)
Siyəzən rayonu
5 foto
09 Nov, 2022
Siyəzən rayonunda Siyəzən Broyler üçün 4ədəd -2500 ( iki min beş yüz ), 4 ədəd - 5000 ( beş min ) tonluq Taxıl Siloların inşasına əlavə daha 2 ədəd, Azərbaycanda ən böyük 18 556 tonluq (on səkkiz min beş yüz əlli altı ) Taxıl Siloları

Goranboy rayonu
7 foto






Goranboy rayonu
7 foto
27 Jan, 2023
Layihə haqqında:
Goranboy rayonu Faxralı kəndində Region Aqro MMC üçün inşa edilmiş 18 (on səkkiz) min tonluq Taxıl elevatoru və saatda 25 tonluq taxıl qurutma sistemi.
Goranboy rayonu Faxralı kəndində Region Aqro MMC üçün inşa edilmiş 18 (on səkkiz) min tonluq Taxıl elevatoru və saatda 25 tonluq taxıl qurutma sistemi.

Tovuz rayonu
11 foto










Tovuz rayonu
11 foto
27 Jan, 2023
Layihə haqqında:
Tovuz rayonu Alakol kəndində Kənd Təssərüfat Nazirliyinin nəznində Dövlət Toxum fondu üçün inşa edilmiş 1500 tonluq Konusvari Toxum Siloları.
Tovuz rayonu Alakol kəndində Kənd Təssərüfat Nazirliyinin nəznində Dövlət Toxum fondu üçün inşa edilmiş 1500 tonluq Konusvari Toxum Siloları.

Kürdəmir rayonu
14 foto













Kürdəmir rayonu
14 foto
27 Jan, 2023
Layihə haqqında:
Kürdəmir rayonu Karrar qəsəbəsində Qlobal Aqro MMC üçün inşa edilmiş 18 (on səkkiz) min tonluq Taxıl elevatoru və saatda 25 tonluq taxıl qurutma sistemi.
Kürdəmir rayonu Karrar qəsəbəsində Qlobal Aqro MMC üçün inşa edilmiş 18 (on səkkiz) min tonluq Taxıl elevatoru və saatda 25 tonluq taxıl qurutma sistemi.

Silo Construction - Xaçmaz , Yalama.
4 foto



Silo Construction - Xaçmaz , Yalama.
4 foto
27 Jan, 2023
Silo Construction - Müasir Silo Kompleksləri
✆ +994503021922 | ☏+994124045450
#siloconstructionaz
*Layihə haqqında: Xaçmaz şəhəri Yalama Agro Kompleksi üçün 3 ədəd 1500 (bir min beş yüz), 1 ədəd 1600 (bir min altı yüz) ton Taxıl Siloları, 2 ədəd 110 (yüz on) tonluq Konusvari Silolar , Qurutma və Ələmə maşını quraşdırılmışdır.
✆ +994503021922 | ☏+994124045450
#siloconstructionaz
*Layihə haqqında: Xaçmaz şəhəri Yalama Agro Kompleksi üçün 3 ədəd 1500 (bir min beş yüz), 1 ədəd 1600 (bir min altı yüz) ton Taxıl Siloları, 2 ədəd 110 (yüz on) tonluq Konusvari Silolar , Qurutma və Ələmə maşını quraşdırılmışdır.

Füzuli rayonu
14 foto













Füzuli rayonu
14 foto
09 Oct, 2020
Silo Construction - Müasir Silo Kompleksləri
✆ +994503021922 | ☏+994124045450
#siloconstructionaz
*Layihə haqqında: Füzuli rayonu Qayıdış qəsəbəsində Natural Aqro MMC üçün inşa edilmiş 12 ( on iki ) min tonluq taxıl elevatoru.
✆ +994503021922 | ☏+994124045450
#siloconstructionaz
*Layihə haqqında: Füzuli rayonu Qayıdış qəsəbəsində Natural Aqro MMC üçün inşa edilmiş 12 ( on iki ) min tonluq taxıl elevatoru.

Qobustan rayonu
7 foto






Qobustan rayonu
7 foto
09 Oct, 2020
Silo Construction - Modern Silo Complexes
✆ +994503021922 | ☏+994124045450
#siloconstructionaz
*Layihə haqqında: Qobustan rayonu, Mərəzə qəsəbəsi, Kənd Təsərrüfatı Nazirliyinin nəznində Dövlət Toxum fondu üçün inşa edilmiş 3 ( üç ) min tonluq Konusvari Toxum Siloları. Komplex tam olaraq toxum üçün nəzərdə tutulmuşdur.

Qax rayonu
9 foto








Qax rayonu
9 foto
07 Oct, 2020
Silo Construction - Müasir Silo Kompleksləri
✆ +994503021922 | ☏+994124045450
#siloconstructionaz
*Layihə haqqında: Qax rayonu Üzümlük kəndində Ulu Aqro MMC üçün inşa edilmiş 4500 tonluq Taxıl Silolari və saatda 20 tonluq taxıl qurutma sistemi.
✆ +994503021922 | ☏+994124045450
#siloconstructionaz
*Layihə haqqında: Qax rayonu Üzümlük kəndində Ulu Aqro MMC üçün inşa edilmiş 4500 tonluq Taxıl Silolari və saatda 20 tonluq taxıl qurutma sistemi.

Ağcabədi rayonu
12 foto











Ağcabədi rayonu
12 foto
07 Oct, 2020
Silo Construction - Müasir Silo Kompleksləri
✆ +994503021922 | ☏+994124045450
#siloconstructionaz
*Layihə haqqında: Ağcabədi rayonu Hindağ qəsəbəsində Az Aqro Taxıl MMC üçün inşa edilmiş 30 ( otuz) min tonluq taxıl elevatoru, saatda 100 tonluq Fransa istehsalı olan taxıl qurutma sistemi.
✆ +994503021922 | ☏+994124045450
#siloconstructionaz
*Layihə haqqında: Ağcabədi rayonu Hindağ qəsəbəsində Az Aqro Taxıl MMC üçün inşa edilmiş 30 ( otuz) min tonluq taxıl elevatoru, saatda 100 tonluq Fransa istehsalı olan taxıl qurutma sistemi.

Qarabağ Azərbaycandır!
3 foto


Qarabağ Azərbaycandır!
3 foto
05 Oct, 2020
"Силос Констракшн" MMC - нин əməkdaşı Səmədov Vidadi Nazim oğlu Qarabağ uğrunda gedən döyüşlərdə mərdcəsinə iştirak edir.
.png)
Silo ilə taxıl keyfiyyətini idarə etmək
1 foto.png)
Silo ilə taxıl keyfiyyətini idarə etmək
1 foto
02 Mar, 2020
Taxıl mövsümü başa çatdıqda, fermerlər həmişə son bir problemlə - anbar ilə üzləşirlər. Taxıllar ümumiyyətlə daha uzun müddət saxlanıldığından, anbar mərhələsi, taxıl istehsalında adekvat idarəetmə tələb edən həssas bir mərhələdir. Axı, taxıllar insan qidalanmasında çox vacib bir kənd təsərrüfatı məhsuludur və istehsalatda məhsulun anbara köçürülməsi zamanı heç bir səhv üçün yer yoxdur.
Taxıl biçini sonrası keyfiyyətli anbar idarəetməsi siloda başlayır
Saxlanılan taxılın ömrünü artırmaq və məhsuldarlığını qorumaq üçün bir çox fermer taxılı siloda saxlamağa qərar verir. Silolar davamlı taxıl anbarı üçün istifadə olunan yüksək tutumlu sənaye komplekləridir. Saxlama ilə yanaşı, silolar məhsul yığımından sonrakı digər idarəetmə funksiyalarını da təmin edir. Məsələn, silolar taxıl kollektoru və paylama mərkəzi kimi də istifadə olunur.
Böyük Qərar: Taxılları siloda saxlayaq ya yox?
Bir çox fermer çox vaxt taxıllarını silosda saxlayıb-saxlamayacağı haqqında düşünür. Bir tərəfdən, siloslar taxıl keyfiyyətini daha uzun müddət qorumaq üçün ən yaxşı həll yoludur. Digər tərəfdən, taxılların silosda saxlanması müəyyən təsərrüfat sərmayəsi tələb edir və siloslar bir çox fermer üçün əlverişli deyildir.
Bəli, həqiqət budur ki, siloslar daha çox müddətə (məsələn, altı aydan çox) çox miqdarda taxılı saxlamağa ehtiyacı olan və silosun inşasını təmin etmək üçün kifayət qədər vəsaitə sahib olan fermerlər üçün əla anbar kompleksləridir. Belə ki, siz onlardan biri olsanız, taxıl silosunu mütləq sınamağa dəyər.

Taxıl Silosu seçərkən nəzərə alınmalı 5 nüans
1 foto
Taxıl Silosu seçərkən nəzərə alınmalı 5 nüans
1 foto
02 Mar, 2020
Taxıl saxlamaq üçün ideal üsulu tapmaq, hər bir taxıl biçini edən fermer üçün çox vacib məsələdir. Bu məqsədlədir ki, innovativ taxıl anbarları, taxıl bazarındakı qiymətlər öz maksimumuna çatana qədər yığılmış məhsulların ən yüksək keyfiyyətlə qorunmasını təmin edir.
Biz bunu qeyd etməliyik ki, düzgün taxıl anbarı seçərkən fermer aqrobiznes ehtiyaclarını və seçilmiş saxlama sisteminin səmərəliliyini qiymətləndirməlidir. Taxıl silosunun seçilməsinin əsas parametrləri onun ölçüsü, əlçatanlığı, saxlama müddəti, dayanıqlığı və sistemin səmərəliliyidir.
1) Ölçü
Saxlama seçimini seçərkən fermer təsərrüfatda istehsal olunan taxılın miqdarını qiymətləndirməlidir. Hesablamalar mövcud vəziyyətdən asılı olmalıdır. Gələcək ehtiyaclarını proqnozlaşdırmağa ehtiyac yoxdur. Hər bir halda, müasir taxıl anbarları təsərrüfatın artan ehtiyaclarına uyğun olaraq yenidən təkmilləşdirilə biləndir.
2) Əlçatanlıq
Taxıl saxlama sistemini seçərkən, anbarın sahəsinə necə uyğun olacağını qiymətləndirmək lazımdır. Bunun üçün kifayət qədər yer varmı? Asanlıqla yüklənib boşaldılması üçün harada yerləşdirilməlidir? Həmçinin, taxılın vəziyyətini gündəlik izləməyə imkan vermək üçün hansı yer idealdır? və s.
Yekunda onu qeyd etməliyik ki, silo əlverişli, əlçatanlığı yüksək bir yerdə yerləşdirilməlidir. Ayrıca digər gündəlik təsərrüfat proseslərinə maneçilik törətməməlidir.
3) Saxlama müddəti
Taxıl silosu seçərkən iki seçim mövcuddur - düz döşəməli və konik taxıl qüllələr. Bir təsərrüfat üçün lazım olan silonun növü, taxılın nə qədər saxlanılacağından asılıdır.
Taxıl qülləsi yalnız uzunmüddətli saxlama üçün istifadə edilərsə, ən uyğun seçim düz döşəməli anbardır. Bu siloda taxıl anbarını saxlamaq xərci ən aşağı səviyyədədir.
Anbar həm qısamüddətli, həm də uzunmüddətli saxlama üçün nəzərdə tutulursa, konik taxıl qülləsi daha uyğun seçimdir. Ona görə ki, bu anbarın boşaldılma prosesi çox sadədir və qurudulma müddətindən əvvəl qısa müddət nəmli taxıl saxlaya bilər.
4) Davamlılıq
Taxıl anbarı on illərlə müddətə səmərəli formada xidmət edəcək bir investisiya olmalıdır. Yüksək keyfiyyətli, davamlı və ətraf mühitə zərər verməyən materialdan hazırlanması vacibdir. Ən davamlıları sinklənmiş poladdan hazırlanır. Düzgün qurulmuş siloslar, beton təmələ bərkidilməklə inşa edilməlidir.
5) Səmərəlilik
Taxıl anbarı sistemi seçərkən ən vacib parametrlərdən biri də təsərrüfat proseslərinin optimallaşdırılmasında faydalarıdır. Silolarda havalandırma və temperaturun ölçülməsi sistemlərinə diqqət yetirmək vacibdir. Bunlar taxılın keyfiyyətini qorumaq üçün əsas elementlərdir.
Taxıl anbarı texnoloji cəhətdən inkişaf etmiş olmalıdır. Belə ki, ən müasir taxıl siloslarında avtomatik sistemlər quraşdırılmışdır. Anbar, taxıl şəraitindəki dəyişiklikləri təyin edir və özünü avtomatik olaraq - fermerin müdaxiləsi olmadan aktivləşdirir. Bu əlavə vaxt və səy sərfiyyatının azaldılmasına kömək edir və taxılın uzun müddətli qorunub saxlanılmasını təmin edir.

Taxıl İstehsalının Son Mərhələsi - Depolama
3 foto


Taxıl İstehsalının Son Mərhələsi - Depolama
3 foto
28 Feb, 2020
Kənd təsərrüfatı məhsullarının istehsalının önəmli bir sahəsi olan taxıl, yığım sonrasında depolarda saxlanılır. Bu zaman, ən az itki və ən uzun müddətli mühafizəni təmin etmək üçün həm taxıl həm də deponun saxlanmasında istilik, nəmlilik və qatqı maddələrinin miqdarı kimi bir çox faktor nəzərə alınır.
Hər birimiz bilirik ki, dünyada ölkələrin əsas qida mənbəyi taxıl məshulları hesab olunur. İnsanların qida ehtiyacının təmin olunmasından heyvanların qidalanmasına qədər geniş bir sahədə istifadə edilən bu məhsul, gözlənilməyən hər hansı bir təbii fəlakət ya da müharibə kimi hadisələrdən yaranan təhlükəni nəzərə alaraq ölkələrin anbarlarında saxlanılır. Qısa bir müddət ərzində istifadə edilməyən və ya bazara çıxana qədər saxlanılan taxıllar da uyğun depolama şərtlərində mühafizə olunmaqdadır. Belə olan halda, taxılın saxlanıldığı mühitdə yararsız hala düşməməsi və hər hansı bir itki ilə üzləşməmək ən önəmli məsələdir.
Xüsusi olaraq qeyd etməliyik ki, bizim süfrəmizə çatmadan 30%-ə dək itkinin olduğu bu sahədə depolama prosesinin çox böyük dəqiqliklə həyata keçirilməsi əsas nəzərə alınmalı fəaliyyətdir.
Ümumilikdə diqqət etməli olduğumuz bəzi məqamlar isə bunlardır:
- Depolanan taxılın nəmlilik səviyyəsinin aşağı olması çox önəmlidir. Məsələn, buğdada bu səviyyənin 12-14 % olması uyğun hesab edilir.
- Taxıl yığımı sonrasında kiflənmiş və deformasiya olmuş toxumlar depoya girmədən öncə ümumi yığımdan ayrılmalıdır.
- Həşəratlar tərəfindən zədələnmiş və infeksiya olmuş taxıl dənələri fumiqasiya (qazlama) üsuli ilə dərmanlanmalıdır.
- Taxıl depolanacaq mühitin iqlim şəraiti, anbarın nəmsiz, havalanmaya uyğun və işıqlı olması da əsas nəzərə alınmalı nüanslardan bəziləridir.
- Depodakı taxıllar və depo havası mütəmadi olaraq müəyyən aralıqlarla nəmlilik və istilik baxımından kontrol edilməli və zərər vericilərə qarşı qoruyucu tədbirlər görülməlidir.
- Depo məkanının beton və ya torpaq döşəmədə olması halında iyonizə nəmin depo məkanına girməməsi üçün depolama bölgəsinin izolyasiya edilməsi şərtdir.
- Depolama məkanı üçün ən yaxşı istilik dərəcəsi 4°C – dir. İstiliyin artması halında isə silolarda mübadilə həyata keçirilə bilər.

Silo Nədir?
1 foto
Silo Nədir?
1 foto
28 Feb, 2020
Silo, kənd təsərrüfatı məhsullarından əsasən taxılın saxlanıldığı və müəssisənin ölçüsünə uyğun inşa edilən bir konstruksiyadır. Siloda taxıllar biryerə toplanır və saxlanılır. Silo sayəsində taxıl korlanmadan uzun müddət saxlanıla bilər. Silolar xüsusi üsullarla hazırlanmış yüksək silindrik bir quruluşa malikdir. Buğda və qarğıdalı kimi taxılların saxlanması üçün böyük əhəmiyyət daşıyan polad silolar uzun müddət dar sahədə minlərlə ton taxılın qorunmasını təmin edir. Polad silolarda taxıl, sadəcə tarladan yığılmış kimi bir il saxlanıla bilər. 300-350 квадратных метров таксыл асанлыкла саксланила билəр, və nəticdə taxılın köhnəlməsi və kanserogen maddənin qarışmasının qarşısı alınır. Yağışda islanmaqdan, istidən və bitlər bulaşmaqdan qorunan taxıllar, istehlakçılara aylar sonra ilk günün təzəliyi ilə təqdim edilə bilər.
Taxılı Siloya necə doldurmaq olar? Silosun içərisinə qoyulacaq taxıl, bir absorbent və ya daşıyıcı mexanizmlə yuxarıya qaldırılaraq siloya doldurulur. Yuxarıdan aşağıya qədər çoxlu qapılar mövcuddur. Boşaltma üst qapıdan başlayır. Silosların ən böyük faydası, lazım olduqda taxılın aerasiya və turşu tənzimləməsini təmin etməkdir. Süd turşusu və fermentləşdirilmiş karbonlar silo taxılında lazımi miqdarda tapılarsa, korlanma və ya mayalanma olmayacaqdır. Siloda saxlanılan taxılları qorumaq üçün turşuluq faydalı olduğundan, ehtiyac olduqda saxlanılacaq taxıl növünə görə siloslara turşu əlavə olunur.
Əlavə edilmiş turşunun silos boyunca yayılmasına imkan verir konstruksiya. Onu da qeyd etməliyik ки, qarğıdalı kimi bitkilər başlığı, gövdəsi biçildikdən sonra siloslarda saxlanıla bilər. Taxılın yııldığı yerlər, çatdırılma və yükləmə asanlığı üçün adətən liman və dəmir yollarının yaxınlığında yerləşir. Onların döşəməsi və tavanı uyğun materialdan hazırlanmışdır. Taxıl silosları istilik və rütubət tənzimlənə funksiyasına sahib siloslar kimi tanınır. Siloslara doldurulacaq taxıl xüsusi bir абсорбент вə ya daşıyıcı mexanizm ilə yuxarıya qaldırılır və doldurma prosesi yuxarı səviyyədən aparılır.
Silosda taxıl qəbul etmə prosesi yuxarı bölmənin qapısı açılaraq başlayır və üst yuvadan davam edir. Silo qapıları yuxarıdan aşağıya doğru yerləşdirilmişdir. İstədiyiniz miqdarda taxıl bu ölçü səviyyəsinə görə boşaldılır və qapılar bağlanır. Siloslar üçün ən vacib xüsusiyyət odur ки, tərkibindəki nəm ilə çöldəki hava və nəm arasında tam izolyasiyadır. "Silo Construction" MMC-nin silo sistemləri hər növ saxlama ehtiyaclarını ödəmək üçün davamlı və keyfiyyətli materiallardan istehsal olunmaqdadır.

"Silo Construction" MMC "Partners & Business 2020" Sərgisində iştirak etmişdir.
4 foto



"Silo Construction" MMC "Partners & Business 2020" Sərgisində iştirak etmişdir.
4 foto
25 Feb, 2020
"Silo Construction" MMC "Partners & Business 2020" Sərgisində iştirak etmişdir.

Kürdəmirdə “Qlobal Aqro” MMC-nin aqroparkının təqdimatı olub
4 foto



Kürdəmirdə “Qlobal Aqro” MMC-nin aqroparkının təqdimatı olub
4 foto
13 Feb, 2020
Fevralın 12-də Kürdəmir rayonunun Karrar qəsəbəsində "Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının təqdimatı olub. Təqdimatda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. "Silo Construction" MMC aqropark üçün silo kompleksinin inşasını həyata keçirib.

Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
3 foto

.png)
Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
3 foto
25 Jul, 2019
“Silo Construction” MMC regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə (“Caspian Agro 2019”) qatılıb.
Sərgidə dünyanın 31 ölkəsini təmsil edən 403 -dən artıq şirkət iştirak edib.
Müxtəlif ölkələri təmsil edən nümayəndələr tərəfindən suvarma sistemləri, istixana avadanlıqları, istixanalar, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvanlar üçün yemlər, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları və digər sektorlar üzrə bir çox yeni məhsullar təqdim olunub.
Sərgini Kənd Təsərrüfatı Nazirliyi ilə yanaşı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəkləyirlər.