Avtomatlaşdırma
Xammal saxlama anbarları istehsal üçün tələb olunan malların səmərəli şəkildə saxlanılması və işlənməsi üçün nəzərdə tutulmuşdur. Xammalın növündən, yağlılığından, rütubətliliyindən, saxlanıldığı mühitin iqlimindən asılı olaraq ona uyğun saxlama anbarlarına ehtiyac duyulur. Silo Construction MMC şirkəti xammal saxlama anbarları üçün göstərdiyi xidmət tam avtomatik və yarım avtomatik olaraq 2 ayrı idarəetmə növünü özündə birləşdirən PLC, SCADA sistemindən ibarətdir. Şirkətimiz iş zamanı Schneider Electric, Siemens, Esit, Delta, Entes, Baykon, ABB brendlərinə məxsus məhsullardan istifadə edir.
Silo Construction MMC şirkəti xammal saxlama anbarlarında avtomatik idarəetmə sistemi nəticəsində xammalın yüklənməsi, boşaldılması kimi bütün prosesləri idarə etməklə yanaşı həm də nəzarət edir. Şirkətimiz xammal saxlama anbarları üçün olan proqram təminatının ölkə daxilində istifadəsi daha rahat olsun deyə proqram təminatını Azərbaycan dilində və bundan əlavə olaraq müştərinin istəyinə uyğun müxtəlif dillərdə yazır. Xammal saxlama anbarlarının avtomatik idarəetmə alqoritmi yazılarkən operatorun edə biləcəyi xətalar, eləcə də prosesdə baş verə biləcək xətalar öncədən nəzərə alınaraq təhlükəsiz iş rejimi təmin edilir. Proqram təminatımiz işıq, havalandırma sistemlərinin və istilik elementlərinin idarəetməsini təmin edir, eləcədə müəssənin təhlükəsizliyinə nəzarət edir.
Dünya müasirləşdikcə müasir yem zavodlarının qurulmasına daha çox ehtiyac duyulur. Silo Construction MMC Azərbaycan və MDB ölkələrinə, dünya standartlarına uyğun, fərqli istehsal gücünə malik olan sıfırdan layihələndirmə ilə yem fabrikləri üçün yarım avtomatik idarəetmə sistemi və ya tam avtomatik idarəetmə sistemi həllərini təklif edir. Silo Construction MMC şirkəti yem fabriklərində olan proqram təminatının ölkə daxilində istifadəsi daha rahat olsun deyə proqram təminatını Azərbaycan dilində və bundan əlavə olaraq müştərinin istəyinə uyğun müxtəlif dillərdə yazır. Silo Construction MMC şirkəti yem fabriklərində baş verən bütün prosesləri avtomatlaşdırır.
Yem fabrikləri standart deyil. Buna görə də istehsal gücünə və bir sıra digər xüsusiyyətlərinə uygun yem zavodu seçmək üçün ən asan yol bizə zəng etmək və bir sıra texniki suallara cavab almaqdır. Biz də öz növbəmizdə sizin seçiminizə uyğun kommersiya təklifi hazırlayıb göndərə biləcəyik. Təklif etdiyimiz sistemləri öz müəssisələrinizdə tətbiq etməklə, daimi olaraq texnoloji proses haqqında cari informasiyanı əldə edə və prosesə reqlament üzrə müdaxilə edə biləcəksiniz. Eyni zamanda sistem topladığı proses informasiyasını bazada saxladığı üçün müəyyən zaman intervalında prosesin keçmiş vəziyyətini, baş vermiş hadisələri və operator tərəfindən prosesə edilən müdaxilələri də analiz etmək imkanınız olacaq.
Silo Construction MMC şirkətinin yem fabriklərində göstərdiyi xidmətdən mümkün qədər çox şey əldə
etməyə imkan verir:
– Çeviklik və səmərəlilik
– Enerji səmərəliliyi
– Peşəkar mütəxəssislərdən ibarət servis xidməti
– Zavod avtomatlaşdırılması